Modern.az

Ərəb Birliyi Liqasına yəhudipərəst baş katib seçildi

Ərəb Birliyi Liqasına yəhudipərəst baş katib seçildi

Təhsil

12 Mart 2016, 11:04

Ərəb Birliyi Liqasına yeni baş katib seçilib.

Modern. az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, təşkilatın baş katibi vəzifəsinə yeni seçilən şəxs misirli diplomat Əhməd Əbu Qeyt seçilib.

Əhməd Əbu Qeyt 2011-ci ildə devrilmiş Hüsnü Mübarək hakimiyyətinin sonuncu xarici işlər naziri olub.

Hələ Misirdə dövlət çevrilişi olmamışdan öncə Əbu Qeyt “Misir Tunis deyil” ifadəsini işlətmişdi.

O bu ifadə ilə bir növ  xarici təcavüzkarların Misiri Tunisin gününə sala biməyəcəklərini ifadə etmişdi. Bu gün misirli diplomat də Ərəb ölkələrində daha çox bu şüarla tanınır.

Fransa KİV-nin dəyərləndirməsinə təşkilata yeni baş katib seçilən Əhməd Əbu Qeyt  İsraillə yumşaq münasibətlər qurmaq üçün Həmas rejimini tənqid edən şəxs kimi qələmə verilir.

Qeyd edək ki, artıq neçə illərdir ki, mərkəzi Misirin paytaxtı Qahirədə yerləşən və 22 ölkənin üzv olduğu Ərəb Birliyi Liqasının baş katibi vəzifəsinə misirli diplomatlar seçilir.

Ağa AKİFOĞLU

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı