
Bu gün səhər saatlarında Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın cəsədi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a məlumat verilib.
Xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 08:53-də başa çatıb.
Ötən gün Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olmuşdu.
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, vətəndaşın axtarışlarına başlamışdı.
Modern.az