Modern.az

81 milyon dollar oğurladılar

81 milyon dollar oğurladılar

Təhsil

12 Mart 2016, 11:58

Banlqadeşdəki banlarkdan birinin hesablarına girməyi bacaran kiber cinayətkarlar tarixin ən böyük pul oğurluğunu ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş ofisi ölkənin paytaxtı Dəkkə şəhərində yerləşən bankdan  81 milyon dollar oğurlayıblar. Əvvəlcədən hazırlanmış oğurluq planına görə kiber cinayətkarların əsas məqsədi bankdan 1 milyard dollar çəkmək olub.

Lakin cinayətkar xakerlər onlayn əməliyyat zamanı  “foundation” sözünün əvəzinə yanlışlıqla “fandation” yazdıqlarına görə proses yarımçıq olaraq səhvən başa çatıb 13 mərhələli əməliyyatı həyata keçirmək istəyən oğrular ilk 4 mərhələni keçidindən sonra etdikləri texniki səhv ucbatından 1 milyard dolların tam oğurlanması mümkün olmayıb.

Daha sonra isə edilən səhv nəticəsində cinayətkarlar 850 milyon dolları oğurlamaq cəhdləri boşa çıxıb.

Kiber cinayətkarlar bankın hesab nömrələrinə daxil olmaq üçün əvvəlcədən özlərinin hazırladıqları saxta profillərlə mərkəzi ABŞ Federal Ehtiyatlar Bankına sorğu göndəriblər.

Lakin ABŞ tərəfi bu profillərin saxta olmasını aşkar edə bilmədiyi üçün onların profilləri qeydə alınıb. Nəticədə isə həmin xakerlər rahatlıqla bankın hesablarına girməyi bacarıblar.

Qeyd edək ki, artıq bu barədə Banqladeş prokurorluğunda cinayət işi başlanıb. Həmçinin digər bank hesabı olan müştərilərin də hesabları müvəqqəti olaraq dondurulub.  

Ağa AKİFOĞLU

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı