Modern.az

Amerikanın axtardığı casus ölkəsinə dönmək istəyir

Amerikanın axtardığı casus ölkəsinə dönmək istəyir

12 Mart 2016, 13:16


Amerika xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden ölkəsinə geri qayıtmaq istədiyini deyib.  

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, keçmiş casus Rusiyada yaşamağı könüllü seçmədiyini deyib.   “Mənimlə və mənim ölkəmlə hazrkı kontekstdə nəyin baş verdiyi önəmli deyil. Heç zaman Rusiyada yaşamağı könüllü seçməzdim və Amerikaya qayıtmağı üstün tutardım”.  

Snouden yalnız ədalətli məhkəmə təşkil ediləcəyi halda vətəninə geri dönmək niyyətini də ifadə edib.

Edvard Snouden 2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin dünya liderlərini gizli dinləməsi ilə bağlı kompromat materiallar dərc etmişdi və Rusiyadan siyasi sığıanacaq almışdı.  

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər