Modern.az

Əfvə hansı tanınmışlar düşəcək?

Əfvə hansı tanınmışlar düşəcək?

Təhsil

12 Mart 2016, 13:22

“Tanınmış şəxslərdən əfv fərmanına kimlərin adının düşəcəyini bir Allah bilir, bir də ölkə prezidenti”.

Bu sözləri Modern. az saytına açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiəsi Cəmiyyətinin sədri, birgə İşçi Qrupun üzvü, Novella Cəfəroğlu söyləyib. Əfv siyahısının hazırlanmasında iştirak edən hüquq müdafiəçisi qeyd edib ki, onların verdiyi siyahıda tanınmış məhbusların da adları var:

“Biz siyahıda demək olar ki, tanınmış insanların da adını vermişik. İndi qalır ölkə başçısının qərarı. Tanınmış və siyasi məhbusların hamısı o siyahıda var”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı əfv üçün verdikləri siyahıda kimin adı varsa hamısının azad olunmasını istəyirlər:

“Əfv sərəncamına hansı məşhur, tanınmış məhbusların düşəcəyini indidən demək çətindir. Amma o siyahıda tanınmış insanların əksəriyyəti da var. Biz  həmin siyahıdakı məhbuslardan hər bir kəsi hər bir kəsi görmək istəyirik”.  

Ağa AKİFOĞLU

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı