Modern.az

Bakı-Qazax yolunda qəza: 1 ölü, 1 yaralı, 8 min manatlıq ziyan

Bakı-Qazax yolunda qəza: 1 ölü, 1 yaralı, 8 min manatlıq ziyan

Təhsil

12 Mart 2016, 13:38

 

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində baş vermiş ağır avtomobil qəzası nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.

“Azəravtoyol” ASC-dən Modern.az-a  verilən məlumata görə, “Kamaz” markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcındakı əyri-xətli dəmir tirləri dağıdaraq, aşıb. Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 8 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib. Hazırda qəzanın fəsadları “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.

Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.



Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı