Modern.az

Sirli ölkədən qadağan olunmuş şəkillər – FOTO

Sirli ölkədən qadağan olunmuş şəkillər – FOTO

Dünya

12 Mart 2016, 17:39

Məhşur fotoqraf Michal Huniewicz Şimali Koreya səfəri zamanı bir çox qadağan olunmuş fotoşəkillər çəkib və onları ölkədən kənara çıxara bilib.

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki,  fotoqraf Şimali Koreyada olduğu zaman ölkənin müxtəlif bölgələrindəki insanların gündəlik həyatını, yaşamını obyektivə alıb.

Michal Huniewicz bildirib ki, ölkə əhalisi kafe-restoranlarda  turistlərdən çox çəkinir.

“Kənardan gələnləri görən insanlar narahat olurlar.  Restoranlardakı televizorlarda daha çox təbliğat xarakterli materiallar təqdim olunur.

Ölkəyə daxil olan bütün əşyalar diqqətlə yoxlanılır. Bəzi kitabların da ölkəyə keçirilməsi qadağan edilib”.

Ölkədə icazə almadan foto və video çəkiliş aparmaq ,bu görüntüləri xaricə çıxarmaq olduqca böyük bir cinayətdir. Ölkə qanunlarını tapdalayaraq çəkdiyi kadrları gizlincə Şimali Koreyadan çıxaran Huniewicz bir daha ölkədən viza almamağı da göz önünə alıb.

Son dövrdə  böyük nüvə gücünə sahib olmaq istiqamətində addımlar atan Şimlai Koreya rəhbərliyi ABŞ-ı ciddi çəkilsdə təhdid edir.

Modern.az saytı  fotoqraf Michal Huniewicz çəkdiyi fotoları təqdim edir.


Ağa AKİFOĞLU    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar