Modern.az

Prezidentin “sağ əli” tutuldu

Prezidentin “sağ əli” tutuldu

13 Mart 2016, 17:41


Belarus Dövlət Təhlükəsizlik Komitəsi (DTK) “Traypl” şirkətlər qrupuna rəhbərlik edən biznesmen Yuri Çijanın həbs edildiyini təsdiqləyib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda martın 13-də DTK-nın mətbuat katibi Dmitri Pobryarjin məlumat verib.

“Yuri Çiji külli miqdarda vergidən yayınmaqda şübhəli bilinərək saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 243-cü maddəsinin 2-ci hissəsi ilə cinayət işi qaldırılıb”, - komitənin nümayəndəsi deyib.

“Traypl”ın rəhbəri ilə yanaşı həmin qanunsuzluqda şübhəli bilinən digər şəxslər də tutulublar: “Saxlanılanlar DTK-nın təcridxanasına yerləşdiriliblər, operativ-axtraış və istintaq hərəkətləri  davam etdirilir”, - Pobryajin vurğulayıb.

“Traypl”ın rəhbərinin saxlanılması haqda informasiya martın 11-də Tut.by saytında yayılsa da, təsdiqlənmirdi. Kütləvi informasiya vasitələri dəfələrlə Çijanı Belarus prezidenti Aleksandr Lukaşenkonun “sağ əli” kimi təqdim ediblər.

“Traypl” şirkətlər qrupu Belarusda 1992-ci ildə yaradılıb. O, əvvəlcə sənaye və ərzaq məhsullarının satışı ilə məşğul olub. İndi isə neft ixracı və neft məhsullarının idxalı, yanacaqdoldurma standiyaları şəbəkəsinin inkişafı, tikinti, restoran biznesi və digər sahələr üzrə fəaliyyət göstərir. Yuri Çij şirkətin əvəzedilməz rəhbəri olub.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu