Modern.az

Ankarada güclü partlayış - 27 ölü, 75 yaralı - YENİLƏNİB, VİDEO

  Ankarada güclü partlayış - 27 ölü, 75 yaralı - YENİLƏNİB, VİDEO

13 Mart 2016, 22:15


Bu gün Türkiyənin paytaxtı Ankarada güclü partlayış törədilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış Ankaranın Kızılay səmtində baş verib. Partlayış nəticəsində avtomobillərin yandığı bildirilir.

Qeyd edək ki, partlayış törədilən regiona təhlükəsizlik gücləri təcili yardım və yanğınsöndürmə briqadaları sövq edilib.

Şahidlərin sözlərinə görə, partlayış yerli vaxtla saat 18:35-də Güvenpark yaxınlığında meydana gəlib və yaralılar var. Hadisə nəticəsində ölən və yaralananlarla bağlı hələlik dəqiq məlumat yoxdur. Bölgədəki nəqliyyat vasitələri və bəzi binalara ziyan dəydiyi də bildirilir.

Partlayışın səbəbləri də hələlik məlum deyil.

***

Məlumata görə, partlayış bomba yüklü avtomobilin partladılması nəticəsində baş verib. Ankara valiliyinin məlumatına görə, terror aktı nəticəsində 17 nəfər ölüb, 75 nəfər isə yaralanıb. 

***

Ankara Valiliyinin yaydığı ikinci açıqlamada bildilirib ki, baş verən partlayış nəticəsində hadisə yerində 23 nəfər ölüb. Daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə nəticəsində 75 nəfər yaralanıb. Bununla da partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

 

 

Modern.az

 



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?