Modern.az

Lavrovdan Türkiyə əleyhinə növbəti mesaj

 Lavrovdan Türkiyə əleyhinə növbəti mesaj

Dünya

13 Mart 2016, 23:20


“BMT Türkiyənin kürdlərlə bağlı verdiyi ultimatumdan çəkinməyərək kürdləri danışıqlar prosesinə dəvət etməlidir. Kürdlərin Suriya konfliktinin həlli ilə bağlı danışıqlar prosesinə cəlb edilməycəyi təqdirdə bu ölkənin parçalanması gözlənilir”. Modern.az saytı xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ren.Tv-yə müsahibəsində bildirib.

“Kürdlər konfliktin həlli ilə bağlı proseslərə cəlb edilməzsə, o zaman onların Suriyanın daxilində qalacağına kim ümid edə bilər? O zaman kürdlər beynəlxalq aləmin təklif etdiyi sxemə biganə yanaşaraq öz bildiklərini edəcəklər”,- Sergey Lavrov bildirib.  

Lavrov deyib ki, Moskva BMT-dən  kürdlərin Suriyadakı problemin tənzimlənməsi prosesinə cəlb edilməsini israrala, təkidlə edir.

“BMT Türkiyənin kürdlərlə bağlı verdiyi ultimatumdan çəkinməyərək  kürdləri danışıqlar prosesinə dəvət etməlidir”, - Lavrov bildirib.

Lavrov müsahibəsində eyni zamanda İŞİD-in  fəaliyyətinin genişləndirməsindən və onların Yəmən, Liviya və Əfqanıstanda mövqelərinin möhkəmləndirilməsindən də narahatçılığını dilə gətirib. Rusiyalı diplomat bunu çox təhlükəli tendensiya hesab edib və buna qarşı beynəlxalq aləmin birgə mübarizə aparmasının vacibliyni qeyd edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!