Modern.az

”Ankarada baş verən partlayışı PKK törədib”

”Ankarada baş verən partlayışı PKK törədib”

Dünya

14 Mart 2016, 00:07

 

“Reuters” xəbər agentliyi Ankarada baş vermiş partlayışı PKK terror təşkilatının törətdiyini bildirib. Modern.az saytı milliyet.com-a istinadən xəbər verir ki, agentlik bu xəbəri Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən verdiyini bildirib.

Mənbə bildirib ki, ilkin araşdırma bombalı hücumun PKK terror təşkilatı və ya ona bağlı qruplar tərəfindən törədildiyini deməyə əsas verir.

Qeyd edək ki, bu gün axşam saatlarında Ankaranın mərkəzi Kızılay meydanı yaxınlığında partlayış baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb.

Hazırda isə Baş Bakanlıqda Türkiyə təhlükəsizlik qüvvələri rəhbərlərinin iştirakı ilə toplantı keçirilir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi