Modern.az

Nardaranda Misir Mərdanovun şəkillərini yandırıblar

Nardaranda Misir Mərdanovun şəkillərini yandırıblar

Təhsil

18 Dekabr 2010, 14:31

Dekabrın 18-də 200-ə yaxın adam Nardarandakı "İmam Hüseyn" meydanına toplaşaraq mitinq keçirib. Onlar orta məktəblərdə hicaba qoyulan qadağaya etirazlarını bildiriblər.
Çıxış edənlərdən Hacı Əbülfəz deyib ki, hicaba qadağa qoyulması düşünülmüş siyasətin son məqamıdır. "Hicab namusumuzdur. Bir kişinin namusuna toxunurlarsa, onun qeyrətini əlindən alırlar. Bundan böyük itirəcək məqamımız yoxdur. Bu, birinci siyasət deyil. Azana qoyulan qadağanı hamımız xatırlayırıq" deyə o, bildirib.
"Azadlıq" radiosunun məlumatına görə, əllərində yaşıl və qara bayraqlar tutan iştirakçılar bildiriblər ki, aksiyaları davam edəcəklər.

Nardaranlılar hicabın qadağasının əleyhinə dekabrın 16-dan imzatoplama kampaniyasına başlayıblar. Aksiya zamanı bildirilib ki, prezidentə ünvanlanan müraciətə artıq 300 imza atılıb.

Aksiyada təhsil naziri Misir Mərdanovun şəkilləri yandırılıb. Bundan sonra aksiyanın bitdiyi elan olunub.

Səhər saat 10.00 radələrində İmam Hüseyn meydanında Çevik Polis Alayının maşını gözə dəysə də, bir neçə dəfə dövrə vurandan sonra ərazini tərk edib.

Aksiya zamanı ərazidə polis görünməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə