Modern.az

Amerika 2 gün qabaq Türkiyəyə terror xəbərdarlığı edibmiş - RƏSMİ

Amerika 2 gün qabaq Türkiyəyə terror xəbərdarlığı edibmiş - RƏSMİ

14 Mart 2016, 10:12

Ötən gün Türkiyənin paytaxtı Ankarada növbəti terror aktı törədildi. Rəsmi məlumatlara görə, terakt nəticəsində 34 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

Modern.az saytı terrordan iki gün qabaq ABŞ-ın Türkiyədəki səfirliyinin maraq doğuran bəyanatına nəzər yetirib.

Belə ki, Amerikanın Ankaradakı səfirliyi terrordan 2 gün qabaq, yəni 11 martda terror olacağı anonsunu verib.

Səfirliyinin rəsmi saytındakı açıqlamada, Amerika vətəndaşlarına mümkün terror aktına görə xəbərdarlıq edilir.

“Bahçelievlər ərazisində mümkün təhlükə” başlığı altında yayımlanan bəyanatda bildirilir:

“Amerika səfirliyi ABŞ vətəndaşlarına Türkiyə hökumət binalarının və mənzillərin yerləşdiyi Bahçelievlər ərazisində terroristlərin potensial hücumu barədə məlumat verir. Amerika vətəndaşları bu ərazidən uzaq durmalıdırlar. Biz məsləhət görürük ki, ABŞ vətəndaşları şəxsi təhlükəsizlik planlarını nəzərdən keçirsinlər”.

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir