Modern.az

Ankaradakı terrorla bağlı önəmli detal üzə çıxdı

Ankaradakı terrorla bağlı önəmli detal üzə çıxdı

Dünya

14 Mart 2016, 12:13

Ötən gün Ankarada törədilən terror aktı zamanı istifadə olunan BMW markalı maşının hələ yanvarın 10-da qaçırıldığı məlum olub. 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, maşın Şanlıurfada yaşayan yaşlı qadına məxsus olub.  

Həmin gün Diyarbakıra aparılan avtomobil fevralın 26-da Ankaraya gətirilib.  

Ötən gecə Ankaranın Kızılay rayonunda baş verən partlayışda 37 nəfər ölüb, 125 nəfər isə xəsərət alıb.    

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər