Modern.az

Belarusda prezident seçkiləri keçirilir

Belarusda prezident seçkiləri keçirilir

Təhsil

19 Dekabr 2010, 09:00


Dekabrın 19-da Belarusda prezident seçkisi keçirilir. Seçkidə əsas namizəd indiki dövlət başçısı Aleksandr Lukaşenkodur. O, Belarusa 1994-cü ildən prezidentlik edir. İlk dəfə 5 il müddətinə seçilən Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə ikinci dəfə prezident kürsüsünə yiyələnən Lukaşenko 2004-cü il referendumunda iki dəfədən çox seçilməyə məhdudiyyət götürüldüyündən 2006-cı ildə yenidən dövlət başçısı ola bilib.

Budəfəki kampaniyanın fərqli cəhəti namizədlərin sayının çox olmasıdır.

Prezident Lukaşenkonun seçki marafonunda 9 rəqibi var. Bunlar Andrey Sannikov (“Avropa Belarusu” Vətəndaş Hərəkatı), Vladimir Neklyayev (“Həqiqəti de” Vətəndaş Hərəkatı), Yaroslav Romançuk (Birləşmiş Vətəndaş Partiyası), Qriqori Kostusyov (Belarus Xalq Cəbhəsi), Vitali Rımaşevski (Xristian Demokrat Partiyası), Nikolay Statkeviç (Sosial Demokrat Partiyası), Aleksey Mixalyeviç (“Modernləşmə uğrunda” Birliyi), Viktor Tereşenko (Kiçik və Orta Sahibkarlıq Assosiasiyası), Dmitri Uss (sahibkar).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə