Modern.az

Rusiya ordusunu Suriyadan çıxarır

 Rusiya ordusunu Suriyadan çıxarır

14 Mart 2016, 22:26


Rusiya ordusu Suriyadan çıxarılır.

Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki,  Rusiya prezidenti Vladimir Putin Rusiya ordu  birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş  verib.

Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əlaqələndirib. 

“Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”, - deyə Putin Müdafiə Nazirliyi və XİN rəhbərləri ilə görüşündə bildirib.     

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir