Modern.az

Saakaşvilinin istefa xəbəri yalan çıxdı

Saakaşvilinin istefa xəbəri yalan çıxdı

Dünya

15 Mart 2016, 11:17

Ötən gün Odessit.ua saytı öz mənbələrinə istinadən Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefaya göndərildiyi barədə məlumat yaydı .

Modern.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, Saakaşvilinin mətbuat katibi Darya Çij xəbəri təkzib edib.

Onun fikrincə, dezinformasiya gürcü siyasətçinin opponentləri tərəfindən qəsdən mediyaya ötürülüb.

“Görünür cənab Saakaşvilinin populyarlığı kimlərisə narahat edir”.

Ardınca, xəbəri prezident Pyotr Poroşenkonun mətbuat xidmətinin rəhbəri Svyatoslav Çeqalko da təkzib etdib.

Mixail Saakaşvilin 2015-ci ilin fevralından prezident Pyotr Poroşenkonun köməkçisi, həmən ilin mayından isə Odessa vilayətinin qubernatoru səlahiyyətlərini icra edir.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır