Arxiv
20 Dekabr 2010, 00:25 | MEDİA
Tanınmış fotojurnalist Elxan Kərimov vəfat edib

Azərbaycan mətbuatına ağır itki üz verib. “Turan” İnformasiya Agentliyinin əməkdaşı, tanınmış fotoreportyor Elxan Kərimov dekabrın 19-da saat 18.00 radələrində evində qəfildən vəfat edib.   Modern.az xəbər verir ki, yaxınlarının deməsinə görə, Elxan Kərimov ürəktutmasından dünyasını dəyişib. Dekabr ayının 28-də onun 62 yaşı tamam olacaqdı. Yaxınları onun son vaxtlar ürəyindən şikayətçi olduğunu bildirblər. Məlumata görə, E.Kərimov gələn ayın 5-də ürək şuntlanması əməliyyatına hazırlaşırmış. Allah rəhmət eləsin. ***

Tərcümeyi-halı E.Kərimov Azərbaycanın müasir tarixinin bir çox hadisəsinin canlı şahidi olub və onları çəkdiyi şəkillərdə əks etdirə bilib.

Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1957-1967–ci illərdə 208 saylı orta məktəbdə təhsil alıb. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. Əvvəl Bülbülə kəndində yerləşən “Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri” idarəsində işləyib. 

1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində fotomüxbir kimi işə başlayıb. 1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib.

1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s qəzetlərdə çap olunub. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında fotomüxbir vəzifəsində çalışıb. Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirib. 1998-ci ildə “Azadlıq” qəzetində baş fotomüxbir vəzifəsində işləyib. Sonradan “Turan İnformasiya Agentliyi”nə keçib. Ölüm gününədək bu agentlikdə baş fotomüxbir vəzifəsində çalışırdı.  Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb. 2004-cü il mayın 28-də “Aзeрбaйджaнcкиe Извecmия” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar sertifikata layiq görülüb. 2006-cı ildə 21 iyulunda  “Fotoillürtrasiya” nominasiya üzrə “Media açarı” mükafatı alıb. 2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilib. 21 iyul 2009-cu ildə "Zərdabi" mükafatına layiq görülüb. E.Kərimovun çəkditi fotoşəkillər respublikada çıxan qəzet və jurnallarda yayımlanıb.

3 övladı yadigar qalıb. *** Elxan Kərimovun mətbuata müsahibələrindən sitatlar: - Əlinə fotoaparat götürüb çəkən çoxdur, amma fotomüxbir az... İndi fotomüxbirlərin 99 faizində yaradıcılıq yoxdur. Yerindən qalxır, rəqəmsal fotoaparatla - biz onu sabunqabı adlandırırıq - ”çık" edib oturur. Axı belə olmamalıdır. Mən bir mətbuat konfransında ən azı 15 kadr çəkirəm. Arasından cəmi bir-ikisini seçib qəzetə göndəririk. Fotoqrafların mətbuatdan uzaqlaşmasının əsas səbəbi maaşla bağlı olsa da digər səbəb fotoaparaturadır. - Fəaliyyətim boyunca çəkdiyim ən gözəl şəkil mərhum prezident Əbülfəz Elçibəyinki olub. - Ən yaxşı şəkil təsadüfən alınır.   - Bəzi məqamlarda çəkilən şəkillər üçün çeviklik tələb olunur. 60 yaşında belə şeyləri etmək olmur. Mitinqlərdə qovurlar, qaçırsan, o məqamı çəkməlisən. Cavan uşaqlar daha yaxşı işləyir. Amma mən özümü hələ 60 yaşında yox, maksimum 45 yaşında hiss edirəm. Bütün hallarda bilirəm ki, yerimi cavanlara verməliyəm. - 2 iyun 2002-ci il tarixində keçirilən mitinqdə aləm bir-birinə qatışmışdı. Təkcə mən çəkirdim. Polislərlə üzbəüz gələndə bəziləri tanımır, zor tətbiq edirdi. Nazim Nağıyev Səbayel rayonunun polis rəisi olan vaxt keçirilən aksiyalardan birində onun şəklini çəkdiyim üçün mənə yumruq vurmuşdu. Mən bilən, cəzasını da aldı.   - Öz fotolarımla tarix yazdığımı bilirəm.

- Sənətimi oğlum Turxan davam etdirir. Ona şəkil çəkməyi mən öyrətməmişəm. Gözünü açıb fotoaparat görüb evdə. Özü aparatı götürüb şəkil çəkib. Onun yaxşı jurnalist olmasını arzulayıram.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Hamı Qarabağ, “Qarabağ Azərbaycandır!” - Azərbaycanlılar bu gün Berlində toplanır   22 Fevral 2020, 10:28 Baş redaktor azadlığa çıxdı 22 Fevral 2020, 10:18 Fransalı alim: “Xəzər dənizinin səviyyəsi 2 metr azalıb, daha da azalacaq” – MÜSAHİBƏ 22 Fevral 2020, 10:09 “Srebrenitsa anaları” Xacalının anım tədbirində - FOTO 22 Fevral 2020, 10:02 Vasif Talıbov müəllimə 5 min manat mükafat verdi 22 Fevral 2020, 09:48 Hacıqabulda yenidən zəlzələ oldu - YENİLƏNİB 22 Fevral 2020, 09:40 Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 22 Fevral 2020, 09:33 “Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq 22 Fevral 2020, 09:24 Qondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB 22 Fevral 2020, 09:16 Cəbhədə gərginlik artıb - atəş kəsmir 22 Fevral 2020, 09:10 Sankt-Peterburq - Bakı reysi ləğv edildi - Foto 22 Fevral 2020, 08:49 Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatıb 22 Fevral 2020, 08:41 Şamaxıda zəlzələ olub 22 Fevral 2020, 08:26 Parisdə Xocalı faciəsinin anım mərasimi - FOTO 22 Fevral 2020, 08:16 Ucarda avtobus piyadanı vurub öldürdü 22 Fevral 2020, 00:53 Tovuzda məktəbli dərs vaxtı bıçaqlanıb 22 Fevral 2020, 00:37 Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi 22 Fevral 2020, 00:21 Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapıldı 22 Fevral 2020, 00:02 Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər 21 Fevral 2020, 23:49 Bakıda gənc oğlanı  dostu bıçaqladı 21 Fevral 2020, 23:43 Sel 6 məktəblinin həyatına son qoydu 21 Fevral 2020, 23:27 İlham Əliyev  və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldu  - FOTO 21 Fevral 2020, 23:09 Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək 21 Fevral 2020, 22:50 Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO 21 Fevral 2020, 22:33 Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir 21 Fevral 2020, 22:14 Leyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTO 21 Fevral 2020, 22:01 "Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham Əliyev 21 Fevral 2020, 21:45 Ərdoğanla Putin arasında qızğın müzakirə 21 Fevral 2020, 21:28 ATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEO 21 Fevral 2020, 21:12 Azərbaycan nefti ucuzlaşdı 21 Fevral 2020, 20:54 Koronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHI 21 Fevral 2020, 20:41 MSK-nın 4 saat çəkən iclası başa çatdı 21 Fevral 2020, 20:32 Sədaqət Vəliyevanın dairəsində məntəqənin nəticələri ləğv edildi 21 Fevral 2020, 20:26 Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi 21 Fevral 2020, 20:16 MSK Könül Nurullayevanın seçki dairəsindən şikayətlərə baxdı 21 Fevral 2020, 20:09