Modern.az

“KQB” daha bir iri biznesmeni saxladı

 “KQB” daha bir iri biznesmeni saxladı

15 Mart 2016, 20:04

 

Belarusda ölkənin ən nüfuzlu biznesmenlərindən biri, “Sevolyuks” şirkətlər qrupunun rəhbəri Yevgeni Baskin saxlanılıb. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, bu haqda martın 15-də ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri Valeri Vakulçik məlumat verib.

“Bu iş üzrə ümumilikdə “Servolyuks”un 15 vəzifəli şəxsi saxlanılıb. Hüquqa zidd fəaliyyətə görə dəyən ziyan 370 milyard rubl (18 milyon dollara yaxındır). Şirkətin əsas sahibi Yevgeni Baskin xaricə getmək istəyərkən hava limanında saxlanılıb”, - Vakulçik deyib.

0nun sözlərinə görə, saxlanılanlar özlərini toxunulmaz hesab ediblər.

“Göründüyü kimi, bir qədər yanılıblar”, - “KQB” sədri vurğulayıb.

BelaPAN nəşrinin məlumatına görə, Baskin vergidən yayınmaqda şübhəli bilinir. Belarus Cinayət Məcəlləsinə görə, belə cinayət törətmətməkdə təqsirkar bilinənlər 7 ilə qədər azadlıqdan məhrum edilirlər.

Martın 11-də Belarus “KQB”si biznesmen, “Tryapl” şirkətlər qrupunun rəhbəri Yuri Çaykanı da saxlayıb. O da vergidən yayınmaqda şübhəli bilinir.

 Vakulçikin sözlərinə görə, Çij istintaq hərəkətləri getdiyini bildiyindən ölkəni tərk etməyə cəhd göstərib: “Yaxalama” planından istifadə edilib. O, əvvəlcə Litva sərhədinə tərəf gedib, sonra Brest şossesi ilə”, - “KQB” sədri deyib.

Yuri Çij Belarus prezidenti Aleksandr Lukaşenkonun “sağ əli” kimi də tanınırdı. Yevgeni Baskinə gəldikdə, o, Belarusun ən imkanlı biznesmenləri sırasında 6-cı yerdə idi.  

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir