Modern.az

Ankaradakı terroru PKK törədib: məlumat rəsmən təsdiqləndi

 Ankaradakı terroru PKK törədib:  məlumat rəsmən təsdiqləndi

Dünya

15 Mart 2016, 20:37

 

Martın 13-də Ankaradakı terror aktının PKK tərəfindən törədilməsi rəsmən təsdiqlənib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi hadisənin Kürd Fəhlə Partiyasının (PKK) üzvü, 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir tərəfindən törədildiyini təsdiqləyib.

Qars vilayətinin Kağızman rayonunda pasport qeydiyyatında olan terrorçu-intiharçının 2013-cü ildən PKK-ya qoşulduğu deyilir. Qeyd edək ki, terror aktı nəticəsində 37 nəfər həlak olub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!