Modern.az

Obama Kerrini Putinlə danışıqlara göndərir

  Obama Kerrini Putinlə danışıqlara göndərir

Dünya

16 Mart 2016, 01:00

 

ABŞ dövlət katibi Con Kerri növbəti həftə Rusiyaya rəsmi səfər edəcək. Modern.az saytı lenta.ru-ya istinadən bildirir ki, bunu jurnalistlərə dövlət katibi özü deyib.  

Dövlət Departamentindən verilən məlumata görə, bu, C.Kerrinin martın 21-22-də Kubaya planlaşdırılan səfərindən sonra reallaşacaq.

Məlumatda o da xüsusi vurğulanır ki, Kerri Moskvaya prezident Vladimir Putinlə görüşmək üçün gedir.

Dövlət katibi hesab edir ki, indi Suriya münaqişəsini bitirmək, Ukrayna məsələsini aktuallaşdırmaq və ikitərəfli bir çox məsələləri çözmək üçün ən münasib vaxtdır.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür