Modern.az

Bu şəxs prezident seçilərsə, vətəndaşların 28%-i ölkəsindən köçəcək

Bu şəxs prezident seçilərsə, vətəndaşların 28%-i ölkəsindən köçəcək

16 Mart 2016, 12:08


Sonuncu rəy sorğuları Respublikaçı namizəd Donald Trampın Amerika prezidenti seçiləcəyi halda, ölkə sakinlərinin 28%-nin mühacirət haqda ciddi düşünəcəklərini ortaya qoyub.  

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, milyarderin praymerizlərdə ardıcıl qələbə qazanmasından sonra Kanadaya köçmək istəyən amerikalıların sayında kəskin artım var.

“Əgər insanlar doğurdan belə bir seçim etmək istəyirlərsə, Kanada onları görməyə şad olacaq”-deyə Kanadanın baş naziri Castin Trüdo deyib.  

Demokrat namizəd Hillari Klinton isə Trampın prezident seçilmə ehtimalının sıfıra bərabər olduğunu desə də, bunun əski baş versə belə ölkəsindən köçməyəcəyini deyib.  

“Mən heç vaxt öz ölkəmi tərk etməzdim, amma şübhəsiz ki, vaxtımın çox hissəsini televizorda çıxış edən Trampa çığırmaqla keçirərdim”.    

Vüqar İsmayılov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir