Modern.az

Putinin otağındakı sirli əşya mübahisələrə səbəb oldu – FOTO

Putinin otağındakı sirli əşya mübahisələrə səbəb oldu – FOTO

16 Mart 2016, 13:14

Rusiya prezidenti Vladimir Putinin Suriyadan qoşunların çıxarılması ilə bağlı Kremldə müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşlə bağlı maraqlı mübahisə yaranıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kremlin rəsmi saytına görüşdən çəkilən fotonun yerləşdirilməsi Putinin otağında ütü masası saxlaması ilə bağlı iddalara yol açıb.  

Belə ki, foto da Putinin arxasında, küncdə ütü masasına bənzər əşyanın olduğu görülüb.  

İnternet istifadəçiləri Putinin nə üçün otağında ütü masası saxladığını və hansı səbəbə vacib görüş zamanı onu gözdən uzaq yerdə gizlətmədyini müzakirə ediblər.  

Sonradan istifadəçilərdəm biri ütü masasının əslində “Dezar-4” havatəmizləyən bakterisid şüalandırıcı retsikulyator olduğunu bildirib.

Və sübut olaraq fotodakı obyektin ütü masalarına xas olmayan diyircəkli təkərlərin olmasını sübut gətirib.  

Kremldəki mənbələr də Putinin otağında ütü masasının olmasını inkar edib.  

Vüqar İsmayılov 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu