Modern.az

Timoşenko Ukraynada ən populyar siyasətçidir

Timoşenko Ukraynada ən populyar siyasətçidir

16 Mart 2016, 15:51


Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ictimai rəy sorğusunun nəticəsinə görə hazırda prezident Pyotr Poroşenkodan da populyar siyasətçidir. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu nəticə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğu zamanı ortaya çıxıb.

Sorğunun nəticəsinə görə, Timoşenkoya yaşı 18-də yuxarı olan Ukrayna vətəndaşlarının 10,9 faizi səs verməyə hazırdırlar. Prezident Pyotr Poroşenko isə 9,3 faiz səs toplayıb.

Bundan əlavə, respondentlərin 12,9 faizi Timoşenkonu Ukraynanın potensial  baş naziri kimi görmək istədiklərini bəyan ediblər. O, bu reytinqə görə də digər siyasətçiləri qabaqlayıb.

Rəy sorğusuna görə, Yuliya Timoşenkonun rəhbərlik etdiyi  “Batkivşina” partiyası Ali Radaya seçkilərdə də 9,5 faiz səs toplamaq imkanı ilə “Pyotr Poroşenkonun Bloku”nu da geridə qoyub.

Sorğu fevralın 23-dən martın 8-dək Ukraynanın müxtəlif regionlarında yaşayan 2039 respondent arasında keçirilib.

 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...