Modern.az

Anar Xəlilov QHT Şurasının seçkisində 1-ci oldu

Anar Xəlilov QHT Şurasının seçkisində 1-ci oldu

16 Mart 2016, 19:48

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Səhiyyə, sağlamlıq və ekologiya” qrupu üzrə seçki keçirilib.

Modern.az-ın məlumatına görə, iclasa açıq səsvermə ilə Sevda Tahirli sədr, Samirə Mustafayeva isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Sevda Tahirli iclasda qeydə alınmış 70 QHT nümayəndəsindən 67-si iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında ətraflı məlumat verib.

Şura üzvlüyünə namizədlər “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın prezidenti Gülnarə Hüseynova, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov, “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin prezidenti Qəmzə Yusubova və "Səma və Eko" Elmi-Praktik İctimai Birliyinin sədri İradə Həsənova iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Anar Xəlilov  (46 səs), Gülnarə Vəliyev ( 29 səs) və Qəmzə Yusubova (13 səs) olub.

Qeyd edək ki, sabah “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupu üzrə seçkilər keçiriləcək.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?