Modern.az

”Bu bizim tariximiz, dövlətlərimiz və gələcəyimiz üçün çox möhkəm bir təməldir”- Novruz Məmmədov

”Bu bizim tariximiz, dövlətlərimiz və gələcəyimiz üçün çox möhkəm bir təməldir”- Novruz Məmmədov

Təhsil

16 Mart 2016, 20:35

 

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki dövlət, iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın hansı möhkəm təməllər üzərində qurulduğunun bir daha nümunəsi oldu". Modern.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədovun sözlərinə görə, bu səfər zamanı aparılan danışıqlar, keçirilən görüşlər, imzalanan sənədlər, bu səfərin yekunu nümayiş etdirdi ki, bu iki dövlət, bu iki xalq Heydər Əliyevin dediyi kimi, "bir millət, iki dövlət"dir: "Səfər zamanı çıxışlar və imzalanan sənədlər göstərdi ki, bu dövlətlər, bu xalqlar dünyada baş verən bütün proseslərdə, həm çətin, həm də uğurlu məqamlarda həmişə bir yerdədirlər və bir yerdə olacaqlar. Türkiyə mətbuatı da bu səfərə məhz belə yanaşdı”.  

Novruz Məmmədov əlavə edib ki, dövlət başçılarının çıxışları iki ölkə arasında münasibətlərin mahiyyətini ortaya qoydu: “Bu bizim tariximiz, dövlətlərimiz və gələcəyimiz üçün çox möhkəm bir təməldir və bu təməlin də üzərində münasibətlərimizi davam etdirməliyik”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı