Modern.az

Parisdə terrora hazırlaşan 4 nəfər tutuldu

  Parisdə terrora hazırlaşan 4 nəfər tutuldu

Dünya

16 Mart 2016, 22:17

 

Fransanın paytaxtı Parisin mərkəzi rayonunda terror aktları törətməyə hazırlaşan 4 nəfər yaxalanıb. Modern.az xarici mediaya istinadən bildirir ki, 3 kişi və 1 qadın martın 16-da səhər saatlarında paytaxtın Sena-Sen-Deni rayonunda ələ keçiblər. Şübhəlilərin arasında Tükiyə əsilli iki qardaş olan Fransa vətəndaşı da var.

Üçüncü şəxs də Fransa vətəndaşıdır. O, Suriyadakı terrorçulara qoşulmağa cəhd etdiyinə görə xüsusi xidmət orqanlarının diqqətini bir dəfə cəlb edib.

2014-cü ildə 5 il azadlıqdan məhrum edilsə də, bir il sonra, oktyabr ayında həbsdən buraxılıb. Fransa Daxili İşlər Nazirliyinin Baş Daxili Təhlükəsizlik İdarəsinin məılumatına görə, 4 şübhəli ciddi təhlükə törədəcək gücdə olublar.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır