Modern.az

“Türkiyənin yaxın 10 ildə Avropa Birliyinə daxil olması mümkün deyil”

“Türkiyənin yaxın 10 ildə Avropa Birliyinə daxil olması mümkün deyil”

17 Mart 2016, 10:27


Avropa Komissiyasının sədri Jan Klod Yunker Türkiyənin Avropa Birliyinə üzv olmağa hələ hazır olmadığını deyib.

Modern.az xəbər verir ki, Almaniyanın “Handelsblatt” qəzetinə müsahibə verən Yunker Brüssel rəsmi Ankaranın miqrant böhranına qarşı birgə mübarizə aparmasının Türkiyənin Avropa Birliyinə daxil olmasına təsir etmədiyini deyib.

“Türkiyə Avropa Birliyinə qoşulmağa hazır deyil. Düşünürəm ki, yaxın 10 ildə bu mümkün olmayacaq”.

Avropalı siyasətçi martın 17-18-də keçiriləcək Türkiyə -Avropa Birliyi Sammitində “qoca qitə”yə axın edən qaçqınlarla bağlı birgə sənədi razılaşdırmağa ümidini ifadə edib.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?