Modern.az

“1998 və 2010-cu illərin Dünya çempionatları rüşvətlə satılıb” - QALMAQAL

“1998 və 2010-cu illərin Dünya çempionatları rüşvətlə satılıb” - QALMAQAL

17 Mart 2016, 10:34


Beynəlxaql Futbol Federasiyası 1998 və 2010-cu illərin Dünya çempionatlarını qəbul edən ölkələrin seçimi zamanı İcraiyyə Komitəsinin bir neçə üzvünün rüşvət aldığını etiraf edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA-nın saytında yerləşdirilən sənədlər Amerika Prokurorluğunun təkidi ilə dərc olunub.

Amerika tərəfinin ittiham aktında göstərilir ki, Karib Futbol Federasiyasının keçmiş prezidenti və FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner, İcraiyyə Komitəsinin keçmiş üzvü Çarlz Bleyzer və digərləri cinayət sövdələşməsinə girərək 2010-cu ildə Dünya Çempionatına ev sahibliyi edəcək ölkənin seçimi zamanı 10 milyon dollar rüşvət istəyiblər.

Məlumata görə, Mərakeş tərəfi Uorner və Bleyzerə öz namizədliklərinin təsdiq olunması üçün hərəyə 1 milyon dollar təklif edib. Lakin ittiham aktı Bleyzerin Cənuibi Afrika Respublikasından daha sərfəli təklif aldığını və 10 milyon dollar qazandığnıı müəyyən edib.

FİFA-da korrupsiya skandalı 2015-ci ilin mayında başlamışdı. Həmin vaxt Amerika Prokurorluğu FİFA rəhbərliyini 150 milyon dollardan artıq vəsaiti mənimsəməkdə ittiham etmişdi.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!