Modern.az

Ankara terroruna görə bu qruplaşma məsuliyyəti öz üzərinə götürdü

Ankara terroruna görə bu qruplaşma məsuliyyəti öz üzərinə götürdü

17 Mart 2016, 12:23

“Kürdüstanın Azadlıq Şahinləri” qruplaşması martın 13-də Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Modern.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib.  

PKK ilə sıx əlaqədə olan “Kürdüstanın Azadlıq Şahinləri” qruplaşması fevralın 17-də 28 nəfərin ölümü, 80-dən artıq insanın yaralandığı terror aktına görə də məsuliyyəti öz üzərinə götürmüşdü.

Qeyd edək ki, martın 13-də törədilən terror zamanı 37 nəfər həyatını itirib.  

Vüqar İsmayılov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?