Modern.az

Suriyada yarım milyona yaxın adam ölüb

 Suriyada yarım milyona yaxın adam ölüb

Dünya

17 Mart 2016, 22:16

 

Suriyadakı siyasi araşdırmalar mərkəzi ölkədə vətəndaş müharibəsi nəticəsində indiyədək 470 min nəfərdən çox adamın həlak olduğunu açıqlayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 1,9 milyon adam isə müxtəlif dərəcəli xəsarət alıb.

Bundan əvvəl BMT Suriyada ölənlərin sayının 250 min nəfərdən az olmadığını xəbər verib.

Suriyalı ekspertlərin hesablamalarına görə, 5 milyondan çox yerli sakin qonşu ölkələrə - Türkiyə, Livan, İraq, Misir və digər yerlərə qaçıb. Ən çox qaçqın isə Türkiyəyə - 2,7 milyon nəfər yerləşib.

Sənəddə qeyd edilir ki, mülki əhalinin həlak olmasının başlıca təqsirkarı prezident Bəşər Əsədin rejimidir. Araşdımaçıların məlumatına görə, bunun nəticəsində 183 min dinc əhali öldürülüb. Bundan əlavə, müxtəlif qruplaşmalar, o cümlədən İraq-Şam İslam Dövləti (İŞİD) ilə toqquşmalarda 7 mindən çox suriyalı həlak olub. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın zərbələri nəticəsində dinc əhalinin 0,78 faizi (1989 nəfər), Rusiya hərbi hava qüvvələrinin zərbələri zamanı isə dinc əhalinin 0,21 faizi (1507 nəfər) ölüb.

2011-ci ildə münaqişə başlayandan 813 min qaçqın Avropa İttifaqı ölkələrinə sığınacaq üçün müraciət edib.

Hazırda qaçqın düşərgələrində 1,7 milyon nəfər suriyalı var. Bundan əlavə, məktəb yaşlı suriyalı uşaqların təxminən yarısı təhsil almaq hüququndan məhrum edilib. Əhalinin 70 faizə yaxını isə yoxsulluq həddinə çatıb. Müharibə ölkəyə 255 milyard dollara başa gəlib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!