Modern.az

"Hizbullah"ın 71 döyüşçüsünün çürümüş cəsədi Livana gətirilib

"Hizbullah"ın 71 döyüşçüsünün çürümüş cəsədi Livana gətirilib

18 Mart 2016, 11:29

Martın 17-də Livan paytaxtı Beyrutun cənub rayonlarına 71 Hizbullah döyüşçüsünün cəsədi gətirilib.

Modern.az Xarici mətbuata istinadən xəbər verir ki, onlar Suriya ərazisində İŞİD-lə döyüşdə həlak olublar.  

Ərəb mediası həmin döyüşçülərin əksəriyyətinin “Raduan” batalyonunda döyüşdüyünü və komandir vəzifələri daşıdığını müəyyən edib.

Cəsədlər çürüdüyü üçün “Hizbullah” təşkilatı onların sarı bayraqlara bürünmüş tabutlarını qısa müddətdə dəfn edib.  

71 döyüşçünün hamısının Suriyanın Palmira şəhəri uğrunda gedən döyüşklərdə həlak olduğu bildirilir.  

Vüqar İsmayılov    

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir