Modern.az

Suriyada 45 tayfa ayağa qalxdı, yeni ordu quracaqlar

Suriyada 45 tayfa ayağa qalxdı, yeni ordu quracaqlar

Dünya

18 Mart 2016, 13:11



Şanlıurfada bir araya gələn 45 tayfanın lideri terror təşkilatı PYD-yə qarşı “Ceyş Aşair el Şarkiye” adı ilə ordu qurulmasına qərar veriblər. Modern.az xarici mediaya istinadən bildirir ki, Suriyanın aparıcı ərəb tayfaları federasiya elan edən PKK/PYD-yə qarşı birgə ərəb ordusu yaratmaq qərarı verib.

Hələb, Deir əz Zor, Rakka və Hasekenin aparıcı tayfalarının başçıları Azad Suriya Ordusunun baş qərargah rəisi general-mayor Ahmet Berrinin də iştirak etdiyi bir yığıncaqda bir araya gəlib. Şanlıurfada baş tutan və 45 tayfa liderinin iştirak etdiyi toplantıda mühüm qərarlar çıxıb. Dünən elan edilən Şimali Suriya Federasiyasının Suriya xalqına xəyanət olduğu və qərarın qətiyyən tanınmayacağı ifadə edilib.

Suriyanın şimalını tamamilə ələ keçirmək planlaşdıran terror təşkilatı PKK/PYD-yə qarşı təcili olaraq Ceyş Aşair el Şarkiye (Şərq Tayfaları Ordusu) adı ilə ərəb ordusu yaradılması qərara alınıb. Tayfa liderləri bu ordunun terror təşkilatı PYD-nin məhv edilənə qədər dağılmaması məsələsində də razılığa gəlinib.

Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyası (SMDK) da federasiyaya qarşı çıxıb. Koalisiyadan bildiriblər ki, Suriya dövlətinin quruluşu, müzakirələr sonunda yaranacaq Məclis tərəfindən müəyyən olunacaq. Tək başına heç bir partiya və ya vahid, dövlətin strukturunu müəyyən edə bilməz.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!