Modern.az

Xodorkovskidən PROQNOZ: "10 il sonra 70 yaşlı Putin..”

Xodorkovskidən PROQNOZ: "10 il sonra 70 yaşlı Putin..”

18 Mart 2016, 13:45

 

Keçmiş rusiyalı biznesmen və siyasi xadim Mixail Xodorkovski mühacirətdən Rusiyaya dönmək üçün hazırkı Putin rejiminin çökməyə başlamasını gözlədiyini deyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Xodorkovski yaxın 10 ildə Putin hakimiyyətinin böyük problemlərlə üzləşəcəyini deyib.  

“Mən rejim çökməyə başlayan kimi qayıdacam. İndi isə mən əlimdən gələni edirəm ki, həmin rejim çökən zaman 90-cı illərin əvvəllərindəki kimi böyük durğunluq yaranmasın”.  

Xodorkovskinin fikrincə, Putinin yaratdığı siyasi sistem özünü bitirib.

“Situasiya çox qeyri-sabitdir, çünki Putinin yaxın çevrəsi ondan sonra hansı situasiyanın yaranacağını düşünür. Onun hazırladığı model 10 ildən artıq tab gətirə bilməyəcək. 10 il sonra 70 yaşlı Putin 40 yaşlı bürokrat kadrlarının ona qarşı qeyri-loyal olduğunu görəcək”.  

Xodorkovski bütün hakimiyyət nümayəndələrinin məhkəmə qarşısına çıxarılacaqlarını və bir də heç zaman dövlət vəzifəsi tuta bilməyəcəklərini müəyyən edən qərarla üzləşəcəklərini deyib.  

Mixail Xodorkovski 2003-cü ildə həbs olunmuşdu və 10 il həbs yatdıqdan sonra 2013-cü ilin dekbarında Vladimir Putin tərəfindən əfv edilmişdi.    

Vüqar İsmayılov


Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər