Modern.az

Almaniyanın keçmiş xarici işlər naziri dünyasını dəyişdi

 Almaniyanın keçmiş xarici işlər naziri dünyasını dəyişdi

18 Mart 2016, 20:57

 

Almaniyanın keçmiş xarici işlər naziri Gido Vestervelle 54 yaşında vəfat edib. Modern.az saytı xəbər verir ki, "Westerwelle Foundation" tərəfindən yayılan məlumata görə, G.Vestervelle Köln Universitetinin klinikasında dünyasını dəyişib.

Ölümə səbəb kimi leykemiyadan sonra baş vermiş fəsadlar göstərilir.  

2001-2011-ci illərdə G.Vestervelle Azad Demokratlar Partiyasının sədri olub. O, 2009-2013-cü illər ərzində Almaniya XİN-ə rəhbərlik edib.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir