Modern.az

Təyyarə qəzasınına görə Rusiyada matəm elan olunacaq

Təyyarə qəzasınına görə Rusiyada matəm elan olunacaq

Dünya

19 Mart 2016, 10:02



Rusiyanın Rostov-na-Don vilayətinin aeroportunda qəzaya uğramış Birləşmiş Ərəb Əmirliklərinin “FlyDubai” aviaşirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsinin qəza səbəbləri araşdırılır.

Modern.az saytı “Ria Novosti”yə istinadən xəbər verir ki, artıq həlak olan 62 sərnişin və heyət üzvünün siyahısı da dərc olunub. Həlak olanlardan 55-i sərnişindir ki, bunlardan da 4 nəfər uşaq olub. Təyyarənin ekipaj üzvləri isə 7 nəfər olub.
Sərnişinlərin böyük əksəriyyərti Rusiya vətəndaşlarıdır, 5 nəfərin isə əcnəbi olduğu bildirilir. Həlak olan heyət üzvlərindən 1-i rusiyalı, qalanlar digər ölkələrin vətəndaşlarıdır.

Hazırda Dubaydan Rostova uçan təyyarənin qəzaya uğraması səbəbləri aydınlaşdırılır. Rusiya FHN-in məlumatına görə, mürəkkəb hava şəraitində təyyarə birinci dəfə zolağa enə bilməyib, ikinci cəhd zamanı qəza baş verib. Yerə çırpılan təyyarə yanaraq parçalanıb.

Qəza ilə əlaqədar Rusiya FHN-də “qaynar xətt” yaradılıb.

Təyyarə qəzası ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məsəlləsinin müfaviq maddəsi üzrə uçuşların təhlükəsizlik qaydalarının pozulması barədə cinayət işi açılıb.

Martın 21-də Rostovda matəm elan olunacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!