Modern.az

Sumqayıtda orta məktəblər yoxlanılır

Sumqayıtda orta məktəblər yoxlanılır

Ölkə

2 Sentyabr 2009, 18:49

Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq şəhər orta ümumtəhsil məktəblərində yoxlamalar aparır. Eyni zamanda hazırda bu işlər məktəbəqədər uşaq müəssisələrində də həyata keçirilir. Bu barədə Modern.az-a Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilir. 

GEM-in əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən bir çox sənaye müəssisələrinin, məişət, kommunal, ticarət, iaşə və qida sənayesi üzrə son on gün ərzində ümumilikdə 30 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb, aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib. Hazırda GEM tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən şəhərin “Nəsimi” parkında və dənizkənarı çimərlik ərazisində yerləşən iaşə obyektləri, ailəvi istirahət mərkəzləri yoxlanılır.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir