Modern.az

Gələn il Azərbaycanda yaşayış minimumu 87 manat olacaq

Gələn il Azərbaycanda yaşayış minimumu 87 manat olacaq

23 Oktyabr 2009, 14:25

2010-cu ildə Azərbaycanda yaşayış minimumunun 87 manat olacağı gözlənilir. Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib. 2010-cu ilin Dövlət Büdcəsi zərfində yaşayış minimumunun 87 manat olması nəzərdə tutulub. Buna uyğun olaraq yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün isə 72 manat məbləğində müəyyən ediləcək.
Yeri gəlmişkən, 2010-cu ilin Dövlət Büdcəsi zərfində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 65 manat məbləğində nəzərdə tutulub.
Xatırladaq ki, 2009-cu ildə yaşayış minimumu adambaşına 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçünsə 69 manat səviyyəsində müəyyən edilib.
2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat məbləğində təsdiqlənib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi