Modern.az

Sabiq prezident 10 il həbs cəzası alıb

 Sabiq prezident 10 il həbs cəzası alıb

19 Mart 2016, 21:43


Tunis məhkəməsi Tunisin sabiq prezidenti Zin əl-Abidin Bin Əlini hakimiyyətdən sui-istifadə etməkdə ittiham edərək qiyabi 10 il həbs cəzasına məhkum edib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, prokurorluğun iddiasına əsasən  Bin Əli “Bienvu” reklam şirkətindən qazanc əldə etmək məqsədilə vəzifəsindən istifadə edib. İşin digər detalları barədə açıqlama verilməyib.     

Qeyd edək ki, bu sabiq prezidentə qarşı irəli sürülən ilk ittiham deyil. Bin Əli 2011-ci ildə ölkədə baş vermiş “yasəmən inqilabı”dan sonra Səudiyyə Ərəbistanına qaçıb.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir