Modern.az

Daha bir təyyarə qəzası - İş adamı və daha 6 nəfər həlak oldu

Daha bir təyyarə qəzası - İş adamı və daha 6 nəfər həlak oldu

Dünya

20 Mart 2016, 09:44


Braziliyada təyyarə qəzası olub. Modern.az "İTAR Tass"a istinadən xəbər verir ki, San-Paulu şəhərində kiçik motorlu təyyarə üçmərtəbəli evin qarajına çırpılıb. Qəzanın pilotun idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.

İlkin məlumata görə, təyyarə Braziliyanın tanınmış iş adamı Rocer Aqnelliyə məxsus olub. Təyyarədə iş adamı, onun arvadı, oğlu və qızı həyat yoldaşları ilə birgə olublar. Onların hamısı və pilot qəza nəticəsində həyatlarını itiriblər. Ümumilikdə qəza nəticəsində 7 nəfər həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı