Modern.az

Nazarbayev Qazaxıstanda hakimiyyət sistemini dəyişdirir

Nazarbayev Qazaxıstanda hakimiyyət sistemini dəyişdirir

Dünya

20 Mart 2016, 14:25

Qazaxıstanda hakimiyyətin səlahiyyətləri prezident, parlament və hökumət arasında bölüşdürülə bilər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, nəticədə Qazaxıstan super prezident respublikası olmayacaq.

Bu bəyanatla martın 20-də dövlət başçısı Nursultan Nazarbayev növbədənkənar parlament seçkiləri ilə bağlı səs verdikdən sonra açıqlama verib.

“Biz bu haqda düşünürük. Bu nə zaman baş verəcək – iqtisadiyyatdakı, ölkədəki və dünyadakı  vəziyyətə baxacağıq. Əgər bununla bağlı xalqın istəyi olacaqsa – başqa idarəetmə sistemi ilə bağlı – biz bu haqda ciddi şəkildə düşünürük”, - Nazarbayev vurğulayıb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır