Modern.az

İstanbuldakı terroru İŞİD üzvü törədib - Terroçunun adı açıqlandı - FOTO

İstanbuldakı terroru İŞİD üzvü törədib - Terroçunun adı açıqlandı - FOTO

20 Mart 2016, 18:20


Türkiyənin daxili işlər naziri martın 19-da İstanbulun Taksim meydanında 4 nəfərin ölümü, 39 nəfərin yaralanması ilə nəticələnən qanlı terror aktını törədən kamikadzenin kimliyini açıqlayıb.

Modern.az xəbər verir ki, "Anadolu" Agentliyinin yaydığı rəsmi məlumata görə, terror aktını 1992-ci il təvəllüdlü, ölkənin Qaziantep bölgəsində pasport qeydiyyatında olan Mehmet Öztürk törədib. Terorçunun şəxsiyyəti onun qohumlarından götürülmüş qan nümunələri əsasında müəyyən edilib.

Türkiyənin daxili işlər naziri Efkan Ala hadisə barədə açıqlamasında bildirib ki, terrorçu-kamikadzenin İŞİD mənsubu olduğu barədə faktlar mövcuddur. Məlumata görə, 0, 2013-cü ildən İŞİD-ə qoşulub.

Olayla əlaqəli Mehmet Öztürkün atası və qardaşı da daxil olmaqla 5 nəfər saxlanılıb.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər