Modern.az

Təyyarə qəzasında 10 nəfər həlak oldu

 Təyyarə qəzasında 10 nəfər həlak oldu

20 Mart 2016, 21:14

 

Daha bir dəhşətli təyyarə qəzası baş verib. Modern.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki,  İndoneziyanın mərkəzi hissəsində yerləşən Sulavesi adasında 13 hərbçini daşıyan vertolyot qəzaya uğrayıb.

İlkin məlumata görə, sərnişinlərin hamısı həlak olub.

Digər mənbələr isə 10 nəfərin həlak olduğunu, 1 nəfərin ağır yaralı, qalan 2 nəfərin isə itkin düşdüyünu iddia edir. Hazırda hadisənin səbəbləri araşdırılır. 

İrəli sürülən ilkin ehtimala görə, faciəyə səbəb pis hava şəraiti olub. Bundan əlavə, vertolyotun düşdüyü bölgədə islamçı yaraqlılar ölkə hökumətinə qarşı mübarizə aparırlar.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir