Modern.az

PKK intihar edən qadın terrorçunu gizlicə basdırıb

 PKK intihar edən qadın terrorçunu gizlicə basdırıb

20 Mart 2016, 22:33

 

PKK bir çox terrorçunun əsl ölüm səbəbini ailələrindən gizlədir. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, təşkilatın qadın quruluşu YJA Starın komandanı Meryəm İzerin intihar etməsini ailəsindən gizlədərək, cəsədi ailəsinə vermədən tez-tələsik basdırıblar.

Məlumatda qeyd edilir ki, İzerin cənazəsi ötən il noyabrın 25-də ailəsinə verilmədən dərhal dəfn edilib. Mardində öldürülən bir terrorçunun üzərindən çıxan gündəlikdə İzerin dərman içərək intihar etdiyi yazılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?