Modern.az

Bakıdakı seçici fəallığı bütün rekordları qırdı

 Bakıdakı seçici fəallığı bütün rekordları qırdı

20 Mart 2016, 23:23

 

Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyində təşkil olunmuş 212 saylı seçki məntəqəsində bu gün əsl izdiham yaşanıb. Bu ölkənin parlamentinə keçirilən seçkilərə gələnlər böyük fəallıq göstəriblər. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, məhz bunun nəticəsidir ki, artıq yerli vaxtla saat 20.00-da burada  Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev başda olmaqla seçicilərin  hamısı səs verərək 100 faizlik rekord göstəriciyə imza atıblar.  

Bu barədə həmin məntəqənin sədr müavini Nurbek Almaşov bildirib.  

O, bu fəallığa görə həm səfirliyin əməkdaşlarına, həm konsul qeydiyyatında olan soydaşlarına, həm də bu günlərdə Bakıya gəlmiş qazax turistlərə minnətdarlığını bildirib.  

Xatırladaq ki, Qazaxıstanda 9840 seçki məntəqəsi fəaliyyət göstərib. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil edilib.  

Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda 6 siyasi partiya mübarizə aparıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi