Modern.az

Avropa İttifaqı Türkiyəyə ruhunu satdı

Avropa İttifaqı Türkiyəyə ruhunu satdı

21 Mart 2016, 11:33

Avropa İttifaqına üzv ölkələrin liderlərinin martın 18-də Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə imzaladığı miqrasiya sazişi birmənalı qarşılanmır.

Modern.az saytının verdiyi xəbərə görə, “Financial Times” nəşri  razılaşmanı zəif saziş adlandırıb.

“Avropa İttifaqının siyasi liderləri Türkiyə ilə miqrant razılaşmasına görə, təkcə öz ruhlarını satmadılar, həm də, olduqca zəif saziş bağladılar”,-deyə “Financial Times” yazıb.

Məqalədə bildirilib ki, sənəd Cenevrə konvensiyasına və beynəlxalq hüquq normalarına uyğun gəlsə də, bunun müddəalarının yerinə yetirilməsi çətin olacaq.  

“Türkiyə ilə imzalanan saziş miqrant sayının artmasının qarşısını ala bilməyəcək və qaçqınların Avropaya “təzyiqi”ni cidd şəkildə azaltmayacaq. Buna görə də, sazişin praktik dəyəri sıfıra bərabərdir”.    

Qeyd edək ki, sazişə görə, Yunanıstandan keçən bütün qeyri-leqal miqrantların geri qaytarılması nəzərdə tutulur. Əvəzində isə Türkiyə suriyalı qaçqınları qəbul etməyi boynuna götürüb.

Buna görə, Türkiyəyə 6 milyard dollarlıq yardım ayrılması və Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız getməsi qərara alınıb.  

Aqşin KƏRİMOV    


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub