Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstan Prezidenti Mixail Saakaşviliyə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Gürcüstan Prezidentini doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Mixail Saakaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.