Modern.az

Obamanı Kubada leysan altında çiçəklərlə qarşıladılar

Obamanı Kubada leysan altında çiçəklərlə qarşıladılar

21 Mart 2016, 12:44

ABŞ-ın ilk qaradərili prezidenti Barak Obamanın Kubaya tarixi səfəri kifayət qədər maraqlı başlayıb.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Havanada güclü leysan yağdığından Obama təyyarədən enəndə çətirdən istifadə etmək məcburiyyətində qalıb.

Obama ilə birlikdə həyat yoldaşı və qızları da Kubaya gəliblər. Kubanın xarici işlər naziri Bruno Rodriqes Obama ailəsini çiçəklərlə qarşılayıb.

ABŞ-ın dövlət başçısı cavab olaraq kubalıları yerli jarqonda salamlayıb. Amerika lideri səfərini tarixi adlandırıb. Çünki o son 88 ildə ilk prezidentdir ki, Azadlıq adasına gəlmək imkanı əldə edib.

O, bu gün Kubanın rəhbəri Raul Kastro ilə danışıqlar aparaqcaq, iş adamları ilə ünsiyyətdə olacaq, eləcə də televiziya ilə kubalılara müraciət edəcək.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir