Modern.az

İran Türkiyəyə görə vətəndaşlarına xəbərdarlıq etdi

İran Türkiyəyə görə vətəndaşlarına xəbərdarlıq etdi

Dünya

21 Mart 2016, 13:57

İranın Ankaradakı səfirliyi İstanbuldakı intihar hücumundan sonra Türkiyədə olan iranlı turistlərə xəbərdarlıq edib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda baş verən partlayış bir İran vətəndaşının ölümü üç iranlının yaralanmasına səbəb olub.

Səfirliyin bəyanatında göstərilib ki, Türkiyədə olan İran vətəndaşları izdihamlı yerlərdən uzaq durmalıdır. İranın İstanbul, Ərzurum və Trabzon konsullarından da İran vətəndaşlarına dan eyni məzmunlu xəbərdalıqlar çatdırılıb.

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən terror hücumunda 4 nəfər həyatını itirib və 36 nəfər yaralanıb. Ölənlərin 1-i, yaralıların isə 3-ü İran vətəndaşı olub.

Ağa AKİFOĞLU

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir