Modern.az

Gecə klubuna gedən futbolçu yığmadan qovuldu

 Gecə klubuna gedən futbolçu yığmadan qovuldu

21 Mart 2016, 23:10


“Volfsburq” klubunun hücumçusu Maks Kruze Almaniyanın İngiltərə və İtaliya ilə oynayacağı yoldaşlıq görüşləri üçün nəzərdə tutulan heyətdən çıxarılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Almaniya milli komandasının baş məşqçisi Yoahim Lev məlumat verib.

“Mən açıq şəkildə Maks Kruzeyə başa saldım ki, ondan professional kimi nə istəyirəm. mənim komandamın oyunçuları yalnız futbol barədə düşünməlidirlər. Qarşıda Avropa çempionatı gəlir, qarşımızda böyük vəzifə durur. Kruze öz davranışı iləbu turnirdə Almaniya millisinin heyətinə düşmək şansını artırmayıb”, - Lev deyib.

Kruze yığmadan uzaqlaşdırılmaqla yanaşı klubu tərəfindən cəzalandırılıb. “Volsfburq” 28 yaşlı futbolçunu Berlində gecə klubuna getdiyinə görə 25 min avro cərimələyib. Bu azmış kimi, Kruze klubdan qayıdanda 75 min avronu da taksidə itirib. 

Kruze bu mövsümdə “Volfsburq”un heyətində 25 oyunda iştirak edib, rəqib qapısına 6 qol vurub, 6 məhsuldar ötürmə edib. Almaniya millisinin İngiltərə və İtaliya ilə oyunları martın 26 və 29-da keçiriləcək.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir